Rusiyada arvadını Kirjaç yaxınlığındakı meşədə öldürməkdə şübhəli bilinən moskvalı saxlanılıb
Vladimir vilayətinin Kirjaç rayonunda 46 yaşlı moskvalı həyat yoldaşı ilə vəhşicəsinə rəftar edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə vilayət İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir.
O, arvadını göbələk yığmaq üçün meşəyə aparıb və mübahisə zamanı onu boğub və balta ilə bir neçə zərbə endirib.
2024-cü il oktyabrın 6-da gündüz saatlarında 1978-ci il təvəllüdlü kişi və onun arvadı avtomobillə Sobinski rayonundakı bağ evindən Moskva şəhərinə qayıdıblar.
İstintaq Komitəsi bildirib ki, yolda onlar Kirjaç rayonunun Alenino kəndi yaxınlığındakı meşəyə göbələk yığmaq üçün gediblər, orada aralarında əvvəlki münaqişə yenidən başlayıb.
Böyük oğlu qadının itkin düşməsi barədə polisə məlumat verib. Ata uşaqlara deyib ki, o, analarını Moskva vilayətindəki dayanacaqlardan birində düşürüb. Amma müstəntiqlər müşahidə kameralarını yoxlayıb və şübhəlinin yalan ifadə verdiyini təsdiqləyiblər. Nəticədə o, törətdiyini etiraf edib və qətli törətdiyi yeri göstərib.
QAZİLER.AZ