Jurnalist Viktoriya Roşinanın ölümü onu tanıyanlara zərbə oldu. Bu gün bir çox jurnalist, ictimai xadim və başqaları düşmən əsirliyindədir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin Telegram kanalında yazıb.
“Viktoriyanı tanıyan bir çox ukraynalı jurnalist üçün onun ölümü əsl zərbədir. Və bir çox digər jurnalistlər, ictimai xadimlər, işğal olunmuş ərazilərdən olan icma rəhbərləri, hətta Rusiya işğalı zamanı əsir götürülmüş sadə insanlar belə rus əsirliyində qalırlar”, - Ukraynanın dövlət başçısı bildirib.
Zelenskinin sözlərinə görə, Roma Papası Fransisklə görüşdə xalqımızın əsirlikdən evə qayıtması əsas mövzu olub.
QAZİLER.AZ