Arı yuvasından xilas olmaq istəyən rusiyalı 17 evi yandırdı

Arı yuvasından xilas olmaq istəyən rusiyalı 17 evi yandırdı backend

Rusiyanın Rostov vilayətinin Belokalitvinski rayonunda sakin arı yuvasından xilas olmaq istəyən zaman 17 yaşayış evini yandırıb.

Qaziler.az bildirir ki, bu barədə cümə günü, oktyabrın 11-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, kişi şitil əkərkən torpaqda arısı yuvası aşkar edib və həşəratları yandırmaq qərarına gəlib.

“Yuva və onunla birlikdə odun alovlandı. Güclü külək nəticəsində yanğın dərhal evlərə keçib. 17 ev yanıb”, - idarənin Telegram kanalında deyilir.

Gazeta.Ru-nun məlumatına görəi, həmin şəxs indi cinayət məsuliyyəti daşıyır.

QAZİLER.AZ

Diaspora