Türkiyə Milli Müdafiə Nazirliyindən Polatlıda keçirilən “Atəş sərbəst-2024” tədbiri uğurla başa çatdığını bildirib.
Qaziler.az bildirir ki, nazirlik bu barədə sosial media hesabında video paylaşım edib.
"Budur, Türkiyə Silahlı Qüvvələrimizin atəş gücü. Polatlıda həyata keçirilən "Atəş sərbəst-2024" fəaliyyəti uğurla tamamlandı. Qəhrəman türk əsgəri üstün performansı ilə bizi bir daha qürurlandırdı" , - ifadələrdən istifadə edilmişdir.
Yazıda F-16 döyüş təyyarələri, ATAK hücum helikopterləri və hədəfləri dəqiq vuran silah sistemlərinin görüntüləri yer alıb.
QAZİLER.AZ