Rusiya Odessaya raketlərlə zərbə endirib: insanlar dağıntılar altındadır, ölənlər var - FOTO - VİDEO

Rusiya Odessaya raketlərlə zərbə endirib: insanlar dağıntılar altındadır, ölənlər var - FOTO - VİDEO backend

Rusiya hərbçiləri Odessa vilayətinə ballistik raketlər atıblar. 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiperin Teleqramına istinadən məlumat yayıb.

“Düşmən Odessa vilayətinə ballistik raketlərlə hücum edib, biri yeniyetmə olmaqla 4 nəfər həlak olub", - o, deyib.

Administrasiya rəhbərinin sözlərinə görə, Odessa vilayətində baş verən hücum nəticəsində mülki əhalinin yaşayıb işlədiyi ikimərtəbəli bina dağılıb.

"İnsanlar dağıntılar altında qalıb. Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri 4 nəfəri xilas ediblər; daha 3 nəfər, təəssüf ki, binanın dağıntıları altında qalıb. Ölənlər arasında 43 yaşlı qadın, 22 yaşlı gənc də var. Oğlan və 16 yaşlı qız isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Bundan əlavə, 10 nəfər xəsarət alıb, 9 nəfər isə xəstəxanaya yerləşdirilib.

Dörd nəfərin vəziyyəti ağırdır, on nəfərə yerindəcə psixoloji yardım göstərilib”, - deyə administrasiya rəhbəri bildirib.

QAZİLER.AZ

 

Diaspora