Malatyada sərnişin avtobusu aşdı: 17 yaralı

Malatyada sərnişin avtobusu aşdı: 17 yaralı backend

Türkiyənin Malatya şəhərində sərnişin mikroavtobusunun aşması nəticəsində 1-i ağır olmaqla 17 nəfər yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, sərnişin mikroavtobusu Akçadağ rayonunda aşıb.

Qəza yerinə jandarma, xilasetmə və təcili yardım əməkdaşları gəlib.

Qəza nəticəsində sürücü və 16 sərnişin xəsarət alıb.

Təcili yardımla xəstəxanalara çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.

QAZİLER.AZ

Diaspora