Türkiyənin Afyonkarahisar şəhərinin Çay rayonunda sərnişin avtobusunun aşması nəticəsində 21 nəfər xəsarət alıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Afyonkarahisarın Çay rayonunda sürücüsü və nömrəsi hələ müəyyən edilməyən sərnişin avtobusu Cümhuriyyət kəndi yaxınlığında arxa aşıb.
Xəbər üzərinə qəza yerinə təcili yardım, AFAD, xilasetmə və jandarma qrupları göndərilib.
Qəzada yaralanan avtobusda olan 21 nəfər Afyonkarahisardakı xəstəxanalara aparılıb.
QAZİLER.AZ