Alaudinov Kursk vilayətinin azad olunma vaxtı barədə danışıb

Alaudinov Kursk vilayətinin azad olunma vaxtı barədə danışıb backend

Rusiya Silahlı Qüvvələri tezliklə Kursk bölgəsini azad edə bilər.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Apti Alaudinov “Rossiya-1” telekanalının efirində bildirib.

O qeyd edib ki, Rusiya hərbçiləri regionda uğurla irəliləyir.

Alaudinovun sözlərinə görə, düşmən hər gün xüsusilə mühüm əraziləri və dayaq məntəqələrini itirir.

"İndi elan etməyəcəyəm, amma düşünürəm ki, sabah çox yaxşı nəticə haqqında eşidəcəksiniz", -  deyib.

QAZİLER.AZ

Diaspora