Özbəkistan Buxarada yeni beynəlxalq hava limanı tikir

Özbəkistan Buxarada yeni beynəlxalq hava limanı tikir backend

Buxara şəhərinin turizm potensialını artırmaq məqsədilə Özbəkistan hökuməti yeni beynəlxalq hava limanı tikəcək.

Qaziler.az Kazinform agentliyinə istinadən xəbər verir ki, Buxaraya turist axınının 8 milyona çatdırılması planlaşdırılır.

Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, indiki Buxara hava limanı əhalinin və turistlərin tələblərinə cavab vermir. O, yalnız saatda 400 sərnişin və ya ildə 1 milyon sərnişini qəbul edə bilir.

"Köhnəlmiş uçuşlara nəzarət və sərnişinlərə xidmət sistemləri uçuşların sayını artırmaq imkanını məhdudlaşdırır. Turistlərin əksəriyyəti Buxaraya getmək üçün Daşkəndə, Səmərqəndə və ya Urgençə uçmağa məcbur olurlar. Məsələn, 9 ay ərzində Buxaraya səfər edən 1 milyondan çox xarici turistin 95%-i qatar və ya avtomobillə səyahət edib", - Özbəkistan rəhbərinin mətbuat xidmətinin bəyanatında deyilir.

Buxara vilayətində mehmanxanalar şəbəkəsi və ziyarət turizmi inkişaf edir. Yaxın 3 ildə Buxaraya turist axınının 8 milyona çatdırılması planlaşdırılır.

Bununla əlaqədar, bu il mayın 31-də prezident Şavkat Mirziyoyevin Buxara vilayətinə işgüzar səfəri zamanı yeni beynəlxalq hava limanının tikintisinə başlanılıb. Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlığı əsasında beynəlxalq standartlara cavab verən obyekt tikiləcək.

Hava limanı saatda 1200 sərnişinə (ildə 3 milyon) xidmət göstərəcək və 8 təyyarəni qəbul edəcək. Yeni aviaşirkətlərin cəlb edilməsi də nəzərdən keçirilir.

QAZİLER.AZ

Diaspora