Həbs edilən rusiyalı hərbi bloger Ukraynadakı müharibədə iştirakdan imtina edib

Həbs edilən rusiyalı hərbi bloger Ukraynadakı müharibədə iştirakdan imtina edib backend

"On üçüncü" təxəllüsü ilə sosial şəbəkədə aparıcılıq edən, hazırda həbsdə olan hərbi bloger Yeqor Quzenko "xüsusi hərbi əməliyyat"da (Ukraynadalkı müharibə - red.) iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqdan imtina edib.

Qaziler.az bildirir ki, bu barədə "Baza" Telegram-da məlumat yayıb.

Nəşrin yazdığına görə, On üçüncü"yə həbs edildikdən dərhal sonra müqavilə imzalamaq təklif edilib, lakin Quzenko uzun müddətdir ki, “informasiya cəbhəsində döyüşdüyünü” deyib.

Eyni zamanda, "Baza"nın həmsöhbəti hərbi blogerin fikrini dəyişə biləcəyini istisna etməyib.

Quzenkonun Stavropol diyarının Novopavlovsk şəhərinin mərkəzində Şəhər Günü şərəfinə keçirilən konsertdə saxlanıldığı məlum olub.

QAZİLER.AZ

Diaspora