Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində bir neçə avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində yük maşını aşıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 10-da Moskva Nəqliyyat Departamenti məlumat yayıb.
“Cənub-Şərqi Ekspress yolunda (Perovo ərazisində) bir neçə avtomobil toqquşub, ardınca yük maşını aşıb. Şəhərin əməliyyat xidmətləri yerində işləyir”, - Telegram kanalında dərc edilən məlumatda deyilir.
Qəza baş verən ərazidə nəqliyyatın hərəkəti çətinləşib; Nəqliyyat Departamenti sürücülərə yoldan çıxmağı tövsiyə edib.
Hazırda hadisənin baş vermə şəraiti və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
QAZİLER.AZ