Rusiyalı hərbçilər tərəfindən əsir götürülən ukraynalı jurnalist Viktoriya Roşçina naməlum şəraitdə ölüb.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Koordinasiya Qərargahının mətbuat xidmətinin rəhbəri Pyotr Yatsenko məlumat verib.
Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində işğalçılar tərəfindən əsir götürülən ukraynalı jurnalist Viktoriya Roşçina transfer zamanı naməlum şəraitdə dünyasını dəyişib.
"Biz araşdırma apardıq və təəssüf ki, bu məlumat təsdiqləndi", - deyib
Onun sözlərinə görə, jurnalistin ölüm şəraiti məlum deyil.
QAZİLER.AZ