Türkiyədə məhkəmə Baş Prokurorluğun tələbi ilə “Discord” messencerinin bloklanmasına qərar verib.
Qaziler.az xəbər verir ki, bu haqda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
Nazirin bəyanatında deyilir ki, messencer "uşaqların cinsi istismarı və ədəbsiz hərəkətləri" ilə bağlı cinayətlərdə şübhələr yarandığı üçün bloklanıb.
Tunç yazıb: “Biz gələcəyimizin açarı olan gənclərimizi və uşaqlarımızı sosial şəbəkələrdə və internetdə zərərli, cinayət xarakterli nəşrlərdən qorumaq əzmindəyik”.
Oktyabrın 8-də “Discord” Rusiyada da bloklanıb.
QAZİLER.AZ