Baş Konsulluq Türkiyədə yol qəzasında yaralanan rusiyalılardan danışıb

Baş Konsulluq Türkiyədə yol qəzasında yaralanan rusiyalılardan danışıb backend

Türkiyədə turist avtobusunun qəzaya uğraması nəticəsində 3 rusiyalı yüngül xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 9-da Rusiyanın Antalyadakı Baş Konsulluğu məlumat yayıb.

Qəza oktyabrın 8-nə keçən gecə Muğla vilayəti ərazisində baş verib. Avtobus 14 rusiyalını Dalaman hava limanına aparırmış. Üç nəfər xəsarət alıb və onlara ilkin tibbi yardım göstərilmək üçün yaxınlıqdakı xəstəxanaya aparılıb.

"Xəsarət alanlardan biri artıq Rusiyaya uçub, daha ikisi bu gün uçmağı planlaşdırır", - "İzvestiya"nın əldə etdiyi diplomatik nümayəndəlikdən bildirilib.

Rusiyanın Antalyadakı Konsulluğu Türkiyənin səlahiyyətli orqanları, tur operatorları, sığorta şirkətləri ilə daim qarşılıqlı əlaqədə olub və bu hadisəni nəzarətdə saxlayır.

QAZİLER.AZ

Diaspora