Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Kremldə danışıqlara başlayıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 9-da Rusiya liderinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı iki ölkə liderləri Rusiya-Belarus münasibətlərinin İttifaq dövləti çərçivəsində inkişafını müzakirə edəcəklər.
Görüşün əvvəlində Putin bəyan edib ki, Rusiya ilə Belarus arasında münasibətlərin dinamikası əhəmiyyətlidir, ticarət-iqtisadi əlaqələr yaxşı templə inkişaf edir. Bundan əlavə, Rusiya Federasiyası və Belarusun sənaye layihələrində - xüsusən də aviasiya sahəsində bir-birini yaxşı tamamlamaq imkanı var.
“Dinamikalar əhəmiyyətlidir. Qeyd etmək istərdim ki, ticarət-iqtisadi əlaqələr ən yaxşı şəkildə, yaxşı templə inkişaf edir. Bizim statistikaya görə, ticarət dövriyyəsinin həcmi 46,5 milyard dollar və ya 4,2 trilyon rubl təşkil edir, Belarus statistikasına görə bu, bir qədər çoxdur”, - Rusiya prezidenti qeyd edib.
O, həmçinin əlavə edib ki, Belarus iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə Rusiya birinci yerdədir - bu rəqəm 4,5 milyard dollardır.
QAZİLER.AZ