Türkiyənin Adıyaman şəhərində terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda 3 şübhəli saxlanılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Adıyaman vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları Respublika Baş Prokurorluğunun koordinasiyasında PKK-nın fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində işlərini davam etdirir.
Bu çərçivədə göstərilən ünvanda əməliyyat keçirən qruplar 3 şübhəlini PKK üzvü olduqları səbəbilə saxlanılıb.
Ünvanda rəqəmsal materiallar götürülüb. Şübhəlilər polis bölməsinə aparılıb.
QAZİLER.AZ