Türkiyədə iki cinayət təşkilatına qarşı əməliyyat: 11 nəfər tutuldu

Türkiyədə iki cinayət təşkilatına qarşı əməliyyat: 11 nəfər tutuldu backend

Türkiyənin Sakarya vilayətində iki cinayət təşkilatına qarşı keçirilən əməliyyatda aralarında şəbəkə rəhbərlərinin də olduğu 11 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sakarya Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində vilayət təhlükəsizlik müdirliyi qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi qrupları tərəfindən şəhərdə fəaliyyət göstərən 2 cinayət təşkilatına qarşı əməliyyat keçirilib.

Əməliyyatda cinayət təşkilatlarının lideri olan S.D. İ.A və İ.A.-nın da olduğu 11 şübhəli saxlanılıb.

Şübhəlilərin yaşayış və iş yerlərində aparılan axtarışlar zamanı onlardan 6 ədəd sənədsiz tapança, 1 ədəd tüfəng, 111 ədəd patron və soyğunçuluq cinayətinin predmeti olan materiallar ələ keçirilib.

QAZİLER.AZ

Diaspora