Rusiyanın Belqorod vilayətinin Petrovka və Solovyovka kəndləri Ukrayna Silahlı Qüvvələrinin hücumları səbəbindən girişə bağlanıb,
Qaziler.az bildirir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib. O, videomüraciətində qeyd edib ki, operativ qərargahın qərarı ilə köçürmə proseduruna da başlanılır və vətəndaşlar yeni mənzillərlə təmin olunacaqlar.
"Bu gün keçirilən operativ qərargahın iclasında bununla bağlı qərar qəbul edilib. Biz bu kəndlərə girişi bağlayırıq və Belqorod rayonunun Petrovka və Solovyovka sakinlərinə köçürülmə və yeni mənzillərin verilməsi proseduruna başlayırıq. Bütün detallar Belqorod vilayəti Hökumətinin Tikinti Nazirliyindədir. Yeni mənzil və birdəfəlik ödənişlərə aid olan hər şey Sosial Müdafiə Nazirliyinin səlahiyyətindədir”, - Qladkov bildirib.
Qubernatorun sözlərinə görə, komissiyanın Petrovka və Solovyovka sakinləri ilə görüşü gözlənilir. Görüş gələn həftə baş tutmalıdır.
Bundan əvvəl Qladkov Ukrayna Silahlı Qüvvələrinin Şebekinoda hücumu barədə məlumat vermişdi. Rayon rəhbəri bildirib ki, şəhər iki dəfə atəşə tutulub. Qubernator əlavə edib ki, itki olmayıb, 9 fərdi evdə pəncələr qırılıb.
QAZİLER.AZ