Rusiya çempionu 35 yaşında gənə dişləməsindən ölüb

Rusiya çempionu 35 yaşında gənə dişləməsindən ölüb backend

Buzadırmanma üzrə Rusiya çempionu Alena Vlasova 35 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Alpinizm Federasiyasının VKontakte sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Təşkilat idmançının iyun ayında daçasında ensefalitlə yoluxmuş gənə tərəfindən dişləməsindən sonra dünyasını dəyişdiyini bildirib. Vlasova təcili xəstəxanaya yerləşdirilib. Onun 3 ay komada reanimasiyada yatdığı, lakin həkimlərin onu xilas edə bilmədiyi qeyd edilir.

Vlasova 2024-cü ilin fevralında Rusiya çempionu olub.

QAZİLER.AZ

Diaspora