Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda boya sexində baş verən partlayışda 3 nəfər ağır yaralanıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Alata rayonunda Erdemli Sənaye Sahəsində fəaliyyət göstərən A.Y.-yə məxsus boya sexində naməlum səbəbdən partlayış baş verib.
Partlayış nəticəsində yanğın baş verən zaman ünvana 112 Təcili Tibbi Yardım, polis və yanğınsöndürmə briqadaları gəlib.
Partlayışda çörək sexinin sahibi ağır yaralanıb. Hadisə zamanı onun yanında olan iki nəfər sağlamlıq qrupları tərəfindən Erdemli Dövlət Xəstəxanasına aparılıb.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Qazın sıxılması nəticəsində baş verdiyi ehtimal edilən partlayış nəticəsində divarı uçub.
QAZİLER.AZ