Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin daha bir kəndini ələ keçirib

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin daha bir kəndini ələ keçirib backend

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Qrodovka kəndini ələ keçiriblər.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 7-də Müdafiə Nazirliyi məlumat yayıb.

“Mərkəz qüvvələrinin bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində "Donetsk Xalq Respublikası"nın Qrodovka qəsəbəsi ələ keçirilib”, - nazirlikdən bildirilib.

"Qrupun döyüşçüləri həmçinin Donetsin Dzerjinsk, Aleksandro-Kalinovo, Suxaya Balka, Dmitrov, Lısovka, Selidovo, Tsukurino və Krasnoe yaşayış məntəqələri, eləcə də Raypolda (Dnepropetrovsk vilayəti) ərazilərində Ukrayna Silahlı Qüvvələrinin  mexanikləşdirilmiş və hava-desant briqadalarının canlı qüvvəsini və texnikasını darmadağın ediblər", - nazirlik dəqiqləşdirir.

QAZİLER.AZ

Diaspora