Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.
“Agentura antimilli söz-söhbətlər ortaya atıb ki, guya Gürcü Arzusu qondarma Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq, ölkəni konfederativ struktura keçirəcək. Bununla onlar seçkilərə təsir göstərməyə çalışırlar. Heç bir tanınma və ya buna bənzər antimilli məsələlər nəzərdən keçirilmir. Konfederasiyaya razılaşmaq işğal olunmuş ərazilərin tanınması deməkdir”, - Mdinaradze bildirib.