İranın ölkənin qərbinə NOTAM xəbərdarlığı etməsi ilə bağlı məlumatın saxta olduğu üzə çıxıb.
QAZÌLER.AZ Publika.az-a istinadla xəbər verir ki, bunu İmam Xomeyni adına Beynəlxalq Hava Limanının rabitə və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cavad Salehi deyib.
“Bu axşam (5 oktyabr, şənbə) “NOTAM buraxılışı - Qərbi İran üçün uçuş təhlükəsizliyi xəbərdarlıqları” başlıqlı xəbərlə bağlı şayiələr ortaya çıxdı. Bu xəbər saxta idi”, - Salehi bildirib.
Onun sözlərinə görə, Tehran belə bir xəbərdarlıq etməyib.
Bir sıra KİV-lərin yazdığına görə, İran hərbi təlimlərlə əlaqədar ölkənin qərb hissəsindəki hava məkanı üçün NOTAM (Hərbiçilər üçün bildiriş, uçuş təhlükəsizliyi bildirişi) verib