Türklərə bank kartlarında 1905 və 1453 rəqəmlərindən istifadə qadağan ediləcək

Türklərə bank kartlarında 1905 və 1453 rəqəmlərindən istifadə  qadağan ediləcək backend

Türkiyə bank kartları sadəliyi və ya müəyyən tarixi rəqəmlərə oxşarlığı səbəbindən bəzi PİN kodların istifadəsini qadağan edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “TRHaber” məlumat yayıb.

Bank Tənzimləmə və Nəzarəti Agentliyi yeni təhlükəsizlik tədbirləri tətbiq edir ki, bunlardan biri də “1234”, “4321”, “1923”, “1453”, “1903”, “1905”, “1907” kimi sadə kodların istifadəsinə qadağa qoyulması olacaq.

İlk iki birləşmə onların sadəliyinə görə qadağandır, belə bir kod kart fırıldaqçıların əlində asan işdir.

Rəqəmlərin digər birləşmələri çox güman ki, tarixi rəqəmlərlə  əlaqələndirilir. Beləliklə, 1453-cü ildə Osmanlı İmperiyası Konstantinopolu ələ keçirib. 1905-ci ildə Mustafa Kamal (Atatürk) "Vətən" inqilabi təşkilatını yaradıb. 1923-cü il Türkiyənin cümhuriyyət elan olunduğu ildir. Bu kombinasiyalar Türkiyədə də çox sadə və aşkar hesab olunur.

QAZİLER.AZ

Diaspora