“Gürcüstan birpartiyalı dövlətə çevrilərsə heç vaxt Aİ-yə üzv ola bilməyəcək” - Qerçinski

“Gürcüstan birpartiyalı dövlətə çevrilərsə heç vaxt Aİ-yə üzv ola bilməyəcək” - Qerçinski backend

"Əgər Gürcüstan birpartiyalı ölkəyə çevrilərsə, əgər Gürcüstan siyasi müxalifətin qadağan olunduğu ölkəyə çevrilərsə, vətəndaş cəmiyyətinin işləmək üçün xaricə getməli olduğu yerə çevrilərsə, əsas insan haqları, o cümlədən azlıqların hüquqları təmin olunmazsa Gürcüstan Avropa Birliyinə üzv ola bilməyəcək - nə bu gün, nə sabah, nə də o biri gün”.

Qaziler.az "Qruziya onlayn"a istinadən bildirir ki, bunu  Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, seçim gürcü xalqının əlindədir - gürcü xalqı hansı hakimiyyətə sahib olmaq istədiyinə qərar verməlidir.

“Əgər bu hökumət Gürcüstanın Avropa İttifaqına daxil olması prosesində maraqlıdırsa, biz öz növbəmizdə gürcü xalqının demokratik yolla seçdiyi istənilən hökumətlə işləməyə hazırıq”, - səfir qeyd edib.

Eyni zamanda, o, Avropa İttifaqının müəyyən dəyərlərə əsaslandığını və bu dəyərlərin müzakirə mövzusu olmadığını vurğulayıb.

QAZİLER.AZ

Diaspora