Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy rayonunda dəri istehsalı fabrikində dünən baş verən yanğın 20 saatlıq imübarizədən sonra söndürülüb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Başladıqdan 9 saat sonra gecə yarısı nəzarət altına alınan yanğın, səhər saatlarında Tekirdağ Böyükşəhər Bələdiyyəsi və Çerkezköy Mütəşəkkil Sənaye Bölgəsinə aid vilayət təhlükəsizlik müdirliyi və 2 AFAD qrupları., 2 TOMA-nın 20-yə yaxın yanğınsöndürən maşınının gərgin mübarizəsi nəticəsində tamamilə söndürülüb.
Yanğın söndürüldükdən sonra soyutma işləri davam etdirilib.
Dünən günorta saatlarında Çerkezköy Mütəşəkkil Sənaye Bölgəsindəki dəri istehsal edən fabrikin işçiləri yanğınla bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verib.
Yanğına müdaxilə etmək üçün bölgəyə xilasetmə, polis və 112 Təcili Tibbi Yardım qrupları sövq edilib.
Fabrik avtomobil və piyadaların girişinə bağlanıb, vətəndaşlar ehtiyat tədbiri olaraq ərazidən uzaqlaşdırılıb.
Yanğında tüstüdən təsirlənən 2 işçi və hündürlükdən yıxılaraq yüngül xəsarət alan yanğınsöndürən təcili yardım tərəfindən Çerkezköy Dövlət Xəstəxanasına aparılıb.
QAZİLER.AZ