Rusiyanın Moskva vilayətinin Korolyov şəhərindəki idman zalında dərs zamanı asma tavan uçub.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 3-də Moskva vilayətinin prokurorluğu məlumat yayıb.
“İlkin məlumatlara görə, bu gün Moskva vaxtı ilə təxminən saat 11:00-da 17 nömrəli gimnaziyada dərs zamanı asma tavan uçub”, - deyə idarənin Telegram kanalında bildirilir.
Mümkün xəsarət alanlar barədə məlumat verilmir. Prokurorluq yetkinlik yaşına çatmayanlarla bağlı qanunvericiliyin icrasını qiymətləndirmək üçün araşdırmalara başlayıb.
QAZİLER.AZ