Rusiyada təqaüdçü qadın ərini balta ilə öldürüb

Rusiyada təqaüdçü qadın ərini balta ilə öldürüb backend

Rusiyanın Kemerovo- Kuzbas vilayətində təqaüdçü mübahisə zəminində ərini balta ilə vurub.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 3-də “İzvestiya”nın mənbəsi məlumat verib.

Kemerovo vilayətinin Mariinsk şəhərində 61 yaşlı qadın mübahisə zamanı ərini balta ilə öldürdüyünü etiraf edib.

“Qadın dedi ki, ərinin başına balta ilə 5 dəfə zərbə endirib. Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib”, - deyə mənbə bildirib.

Qətlin gecə baş verdiyi, cütlüyün ayıq olduqları və evdə tək olduqları dəqiqləşir. Qadının saxlanıldığı bildirilir.

QAZİLER.AZ

Diaspora