Rusiyanın Yekaterinburq şəhərində islah müəssisəsində baş verən yanğının görüntüləri yayılıb.
Qaziler.az bildirir ki, SHOT Telegram kanalı Yekaterinburqun Monterskaya küçəsində yerləşən 10 saylı islah koloniyasında baş verən yanğının görüntülərini yayıb.
Koloniyada 1,5 minə yaxın məhbusun olduğu dəqiqləşdirilir. Qurum təxminən 67 il əvvəl açılıb. Kanalın məlumatına görə, koloniyanın ərazisində plastik pəncərələr, yumşaq mebellər və ofis mebelləri istehsal edən müəssisə fəaliyyət göstərir. Bundan əlavə, daş kəsmə emalatxanası, tikiş və dülgərlik sexləri fəaliyyət göstərir.
Kanal yanğının koloniyanın öz ərazisindəki yanğınsöndürmə məntəqəsində baş verdiyinə də aydınlıq gətirib. Yanğın 400 kvadratmetr ərazini əhatə edib, bütün məhbuslar təhlükəsiz əraziyə köçürülüb. Yanğın anbarının əməkdaşları tərəfindən söndürülür.
QAZİLER.AZ