Türkiyənin Manisa şəhərində Doğan Gezekli və Yozqatda Əhməd Doğanın rəhbərlik etdiyi iki ayrı mütəşəkkil cinayətkar qrupa qarşı “Kuyu-31” əməliyyatı keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində mütəşəkkil cinayətkar dəstənin üzvü olan 30 şübhəli yaxalanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu ölkənin daxili İşlər Naziri Əli Yerlikaya bununla bağlı sosial media hesabında paylaşım edib.
O, paylaşımında Soma və Yozgat Respublika Prokurorluğu Manisa və Yozgatda yerləşən Trabzon, Tekirdağ və Hatayda “Quyu-31” əməliyyatlarının təşkil edildiyi açıqlayıb.
Nazir Keçirilən əməliyyat tədbirləri nəticəsində mütəşəkkil cinayətkar dəstənin üzvü olan 30 şübhəlinin saxlanıldığını bildirib.
QAZİLER.AZ