Zooparkdan iki kenquru balası oğurlanıb

Zooparkdan iki kenquru balası oğurlanıb backend

Rusiyanın Kaluqa vilayətində zooparkdan iki kenquru balası oğurlanıb

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 1-də Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

“Sentyabrın 30-da Kaluqa vilayətinin Jukovski rayonunun polis şöbəsinə parkda iki kenquru balasının oğurlanması barədə məlumat daxil olub. Bu fakta əsasən, Rusiya Daxili İşlər Nazirliyinin Jukovski rayonu üzrə İstintaq İdarəsi  Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci (“Oğurluq”) maddəsi ilə cinayət işi açıb.)”, - idarənin mətbuat xidmətindən bildirilib.

Dəymiş ziyan müəyyənləşdirilir. Polis əməkdaşları tərəfindən oğurluğu törədən şəxslərin axtarışı və tutulması istiqamətində tədbirlər görülür.

QAZİLER,AZ

Diaspora