Rusiyanın Xantı-Mansi muxtar dairəsinin Langepas şəhərində gənc oğlan bıçaqla kollec müəlliminə hücum edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Xantı-Mansi muxtar dairəsinin Lanqepas şəhərində gənc oğlan kollec müəlliminə hücum edib.
Hadisə oktyabrın 1-də baş verib.
Görüntülərdə oğlanın bıçaqla kompüter sinfinə girdiyini, müəllimi vurmağa çalışdığını görmək olur. Bu zaman qadın müqavimət göstərməyi bacarır, içəri girən şəxsi tutub auditoriyadan kənara çıxarır.
Hücumun dəqiq səbəbləri məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə, bu, qovulmuş şagirdin pis qiymətə görə müəllimdən qisas almaq cəhdi ola bilər.
Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi özünün Telegram kanalında Langepas kollecində insident faktını təsdiqləyib və yoxlama təşkil edilib.
Hazırda 19 yaşlı yerli sakinin şəxsiyyəti müəyyən edilib. O, hücumun hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün polis şöbəsinə aparılıb. Cinayət işinin başlanması məsələsi həll edilir.
QAZİLER.AZ