Türkiyədə AFAD-a məxsus avtomobil aşıb - Yaralılar var

Türkiyədə AFAD-a məxsus avtomobil aşıb - Yaralılar var backend

Türkiyənin Karabük şəhərində qəzaya görə gedən AFAD-a məxsus nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Karabükdə AFAD-ın Karabük Vilayət müdirliyinə məxsus avtomobilin aşması nəticəsində iki nəfər yaralanıb. 

Avtomobilin idarəetmədən çıxaraq aşdığı bildirilir.

Xəbər üzərinə qəza yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları gəlib.

Karabük Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

QAZİLER.AZ

 

Diaspora