Arı sancması qəzaya səbəb oldu: Aşan yük maşını 50 metr sürükləndi

Arı sancması qəzaya səbəb oldu: Aşan yük maşını 50 metr sürükləndi backend

Türkiyənin Samsun şəhərinin Tekkeköy rayonunda arı sancması nəticəsində idarəetməni itirərək qəzaya uğrayan yük maşınının sürücüsü yaralanıb.

Türkiyənin Samsun şəhərinin Tekkeköy səmtində qarğıdalı silosu ilə dolu yük maşını ilə  hərəkətdə olarkən sürücünü arı sancıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Sürücü Sərdar Sağır arıya müdaxilə edərkən, yük maşını idarəetmədən çıxaraq aşıb və təxminən 50 metr sürüklənib.

Qəza səbəbiylə Ordu-Samsun avtomobil yolu nəqliyyata bağlanıb.

Yaralı TIR sürücüsü sağlamlıq qrupları tərəfindən Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Yaralının səhhətinin yaxşı olduğu öyrənilib.

QAZİLER.AZ

 

 

Diaspora