Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 30-da deyib ki, Livandakı partlayışlardan sonra İranın Rusiyadan məhsul alışının artması barədə danışan mənbələrin etibarlılığına əmin deyil.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.
“Birincisi, mən bu mənbələrin nə dərəcədə etibarlı olduğunu bilmirəm. Bircə onu deyə bilərəm ki, İranla ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Onlar bütün sahələrdə inkişaf edir, təbii ki, ticarət də, qarşılıqlı ticarətin həcmi artır. Burada bu, ikitərəfli münasibətlərin inkişafında maraqlı olan iki dövlət arasında normal prosesdir”, - Peskov Rusiya və Çindən idxal olunan məhsulların alışının artırılması ilə bağlı sualı cavablandırarkən deyib.
QAZİLER.AZ