Rusiyada sürücü hamilə qadını üç uşağı ilə birgə vurub

Rusiyada sürücü hamilə qadını üç uşağı ilə birgə vurub backend

Rusiyanın Sankt-Peterburq şəhərində, Nauki prospektində yerləşən hipermarketin yaxınlığında sürücü yolu keçən 38 yaşlı hamilə qadını, 4 yaşlı qızı və 11 yaşlı iki əkiz qızı vurub.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, sentyabrın 30-da şəhər polisi məlumat yayıb.

İdarənin Telegram kanalında yayımlanan məlumatda deyilir: "Bütün piyadalar xəsarət alıb və onlar orta ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər".

Məlum olub ki, 49 yaşlı sürücü “Citroen” markalı avtomobillə həmin şəxsləri piyada keçidi ərazisində  vurub.

Polis qəza ilə bağlı araşdırma aparır və hadisənin bütün hallarını müəyyənləşdirir.

QAZİLER.AZ

Diaspora