Ukrayna hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin həmin gecə Kiyevi vurmaq üçün istifadə etdiyi “Şahed” tipli kamikadze pilotsuz təyyarələrin hamısını zərərsizləşdirib. Şəhərdə dağıntı və tələfat olmayıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkoya istinadən məlumat yayıb.
Rəsmi şəxs qeyd edib ki, Rusiya “Şahed"ləri sentyabrın 30-a keçən gecə “dalğalarla və müxtəlif istiqamətlərdən” paytaxta daxil olublar.
“Kiyevə dördüncü hava hücumu! Düşmən son hücumlar zamanı olduğu kimi, əvvəllər də “Şahed” kimi hücum PUA-larından istifadə edib”, - administrasiya rəhbəri bildirib.
Ümumilikdə paytaxtda hava hücumu xəbərdarlığı beş saatdan çox davam edib.
“Kiyevi təhdid edən bütün Rusiya hücum pilotsuz təyyarələri hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən zərərsizləşdirilib”, - deyə rəsmi bildirib və əlavə edib ki, Ukrayna ordusunun Hərbi Hava Qüvvələri düşmənin pilotsuz təyyarələrinin dəqiq sayı və növü barədə məlumat verəcək.
"İlkin olaraq, şəhərdə dağıntı və ya tələfat yoxdur" deyən administrasiya rəhbəri hava hücumu zamanı vətəndaşlara sığınacaqlarda olmağın vacibliyini xatırladıb.
QAZİLER.AZ