İraq və Suriyada 6 terrorçu məhv edilib

İraq və Suriyada 6 terrorçu məhv edilib backend

İraqın şimalındakı Qara bölgəsində 4 PKK terrorçusu, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada “Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalındakı Qara bölgəsində müəyyən etdikləri 4 PKK terrorçusu, Suriyanın şimalında isə "Fərat qalxanı" bölgəsində müəyyən etdikləri 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib” bildirilib.

Açıqlamada son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatların davam edəcəyi vurğulanıb.

QAZİLER.AZ

Diaspora