Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışın səbəbi açıqlanıb

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən  partlayışın səbəbi açıqlanıb backend

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışın səbəbinin benzinin yanmasıdır.

Qaziler.az xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Kanalın yazdığına görə, istintaq bunun işçinin və ya yanacaqdoldurma məntəqəsinin müştərisinin günahı ilə bağlı olub-olmadığını hələ müəyyən etməyib.

Telekanalın məlumatına görə, hazırda yanğın təhlükəsizliyi tələblərinin pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan maddə ilə cinayət işinin başlanması məsələsi müzakirə edilir. Qeyd olunur ki, hadisəyə görə məsuliyyət daşıyanları 7 ilə qədər həbs gözləyir. Müəlliflər qurbanların sayının uşaq da daxil olmaqla 11-ə yüksəldiyini müəyyənləşdiriblər.

Xatırladaq ki, Mahaçqalada Xuşetski döngəsi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Partlayışdan sonra yanğın 500 kvadratmetr ərazini əhatə edib. İdarədən verilən məlumata görə, yanacaqdoldurma məntəqəsinin binası tamamilə dağılıb.

QAZİLER.AZ

Diaspora