Sentyabrın 27-də Rusiya Krivoy Roqda polis idarəsini vurub. Dağıntılar altında qalan 3 nəfərin öldüyü artıq məlum olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Sergey Lısakın Teleqramına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Krivoy Roqda inzibati binanın dağıntıları altından daha nəfərin - qadın və kişi cəsədi çıxarılıb. Beləliklə, rusiyalıların səhər saatlarında şəhərə endirdiyi zərbənin qurbanlarının sayı üçə çatıb.
Hücum nəticəsində 6 nəfərin yaralandığı da məlum olub.
Fövqəladə Hallar Dövlət Xidməti onu da dəqiqləşdirib ki, zərbə nəticəsində 23 fərdi yaşayış evi, 3 hündürmərtəbəli bina, bir təhsil müəssisəsi binası və 82 avtomobilə ziyan dəyib.
Hadisə yerində xilasetmə işləri hələ də davam edir və dağıntılar altında daha çox adamın qalması ehtimalı var.
QAZİLER.AZ