Demensiyadan əziyyət çəkən qadın Sankt-Peterburqda mağazaya getsə də Moskvada tapıldı

Demensiyadan əziyyət çəkən qadın Sankt-Peterburqda mağazaya getsə də Moskvada tapıldı backend

Demensiyadan əziyyət çəkən qadın Sankt-Peterburqda mağazaya getmək üçün evdən çıxıb və geri qayıtmayıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, qadının oğlu onu şəhərdə bir neçə gün axtarsa da tapa bilməyib. 

Demensiyadan əziyyət çəkən qadın Moskvada tapılıb. Belə ki, Moskvada təcili yardıma müəmmalı pasient gətirilib. Onun mövsümə uyğun geyinməməsi, pasportunda isə qeydiyyat və yaşayış yeri kimi Sankt-Peterburq göstərildiyindən şübhələnən tibb işçiləri onu müayinə etdikdən sonra ailəsini axtarıblar.

N.V.Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun nevroloqu Anastasiya Trofimova deyir: “Bizim üçün xəstənin nəinki ixtisaslı tibbi yardım alması, həm də yaxınlarına yaxın olması vacib idi”.

İnstitut işçiləri və sosial koordinatorlar internetdə xəstənin "LisaAlert" axtarış-xilasetmə qrupu tərəfindən axtarıldığını aşkar ediblər.

Xəstənin oğlunu tapan həkimlər öyrənib ki, qadın uzun müddətdir demensiyadan əziyyət çəkir, qeydiyyatdadır, amma təyin olunmuş terapiyanı aparmır.

Oğlu Moskvaya gedərək anasını evə gətirib.

QAZİLER.AZ

Diaspora