Türkiyənin Karahait şəhərində sevgilisinin üzərinə "kislota" tökən şəxs ömürlük həbs cəzasına məhkum edilib.
Qaziler.az bildirir ki, bu barədə DHA məlumat yayıb.
Hadisə 9 may 2022-ci ildə Karahait şəhərindəki oteldə baş verib. Özgür Günden Özbəkistandan olan sevgilisi Socidə Kələndorova və onun rəfiqəsi, 25 yaşlı Qırğızıstan vətəndaşı Sarvinoz Xayrullayeva ilə birlikdə otelə gedib.
Gündenlə Kalandorova arasında telefonu yoxlamaq üstündə mübahisə yaranıb və bu, davaya çevrilib. O, sevgilisi Kələndorovanın üzərinə "kislota" töküb. Qadının rəfiqəsi də kimyəvi turşudan yaralanıb. Hücum zamanı Günden də xəsarət alıb.
Qadınların ucadan qışqırığı otel işçilərinin diqqətini çəkib. Onlar otaqdan qaçan Özgür Gündenin saxlanmasına kömək ediblər.
Xəsarət alan qızlar Dənizli Xəstəxanasına çatdırılıb. Həkimlər Kalandarovanın bədənində 3-cü dərəcəli yanıq xəsarəti aldığını, bu səbəbdən İzmir xəstəxanasına köçürüldüyünü və 38 gün sonra ağırlaşmalardan dünyasını dəyişdiyini bildiriblər.
Özgür Günden əvvəlcə 19 il müddətinə azadlıqdan məhrum edilib.
-"Socida ilə heç bir düşmənçiliyimiz yox idi. Dava etdik. Öldürmək fikrim yox idi. Çox peşmanam", - Günden deyib.
Məhkəmə iclasında Sərvinoz Xayrullayeva ilə bağlı cinayət işi üzrə materiallara da ayrıca baxılıb.
Sonradan məhkəmə Özgür Gündeni qəsdən adam öldürmə və xəsarət yetirmə ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.
QAZİLER.AZ