Moskvada iki avtobusun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

Moskvada iki avtobusun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb backend

Moskvanın şimalında iki avtobusun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 26-da paytaxtın Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

Avtobus sürücüsü ictimai nəqliyyatın dayanacağından çıxan digər avtobusla toqquşub.

“Yol qəzası nəticəsində avtobusun üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisələrinə aparılıb”, – Telegram kanalında deyilir.

Qeyd olunur ki, hazırda Dövlət Yol Müfəttişliyinin əməkdaşları hadisənin bütün hallarını müəyyənləşdirirlər.

QAZİLER.AZ

Diaspora