Gürcüstanın baş naziri Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib

Gürcüstanın baş naziri Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib backend

Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edərək, onları vahid gürcü dövlətində yaşamağa çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Gürcüstan Televiziyasının Birinci Kanalı məlumat yayıb.

"Bizim bütün addımlarımız xalqımıza kömək etməyə və xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda birlikdə yaşaya bilməyə yönəlib", - baş nazir deyib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan ölkədəki bütün dağılmış körpüləri bərpa etməlidir, Abxaziya və Cənubi Osetiya əhalisini isə açıq ürəklə qarşılayacaqlar.

QAZİLER.AZ

Diaspora