Ukrayna əsgərləri Volçanskdakı zavodda 20-yə yaxın rusiyalı hərbçini əsir götürüb

Ukrayna əsgərləri Volçanskdakı zavodda 20-yə yaxın rusiyalı hərbçini əsir götürüb backend

Ukraynanın Xarkov şəhərinin şimalında Volçanskda aqreqat zavodunun azad edilməsi zamanı ukraynalı əsgərlər rusları əsir götürüblər. Söhbət əsir götürülmüş iyirmiyə qədər işğalçıdan gedir.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Timur” xüsusi bölməsinin "Vikinq" kod adlı zabitinə istinadən məlumat yayıb.

O, qeyd edib ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovdan döyüş tapşırığı aldıqdan sonra “Timur” xüsusi təyinatlı dəstəsinin ikinci batalyonu Rusiya Könüllülər Korpusunun bitişik bölməsi ilə birgə tapşırığa çıxıb.

“Döyüş bir həftədən bir qədər çox davam etdi, düşmənin özü də zavodda xeyli müqavimət göstərdi, amma biz artıq missiyanı başa vurduq”, - deyə kəşfiyyatçı bildirib.

O, təsdiqləyib ki, əməliyyat nəticəsində BKİ xüsusi təyinatlıları rusiyalı işğalçıları ələ keçirə bilib.

Kəşfiyyatçının sözlərinə görə, Volçanskdakı aqreqat zavodu xeyli zədələnib, lakin müdafiəni orada saxlamaq mümkündür.

QAZİLER.AZ

Diaspora