Kiyevdə 12 yaşlı yeniyetmə mikroavtobusda olarkən xəsarət alıb. Sürücü ilə münaqişədən sonra sərnişin avtobusun pəncərəsindən butılka atıb.
Qaaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev Şəhər Prokurorluğuna istinadən məlumat yayıb.
“Şəxs “Çerniqovskaya” metrostansiyasından “Troyeşçina” yaşayış massivinə gedən mikroavtobusa minərək içəridə sürücü ilə mübahisə edib”, - deyə məlumatda bildirilir.
Bundan sonra narazı sərnişin dayanacaqda düşüb və şüşə araq butulkasını avtobusun pəncərəsinə atıb.
"O, pəncərəni sındıraraq avtomobildə olan oğlana xəsarət yetirib", - prokurorluq əlavə edib.
QAZİLER.AZ