Soçi şəhərinin keçmiş meri saxlanılıb

Soçi şəhərinin keçmiş meri  saxlanılıb backend

Hüquq-mühafizə orqanları Soçinin keçmiş meri Aleksey Kopayqorodskini "xüsusi hərbi əməliyyat zonasında" (Ukraynadakı müharibə-red.)  saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, sentyabrın 25-də “İzvestiya”nın mənbəsi məlumat verib.

Kopayqorodskinin ötən gecə saxlanıldığı bildirilir.

Bundan bir qədər əvvəl o, "xüsusi hərbi əməliyyat zonası" üçün könüllü olub.

Bundan əlavə, mənbənin sözlərinə görə, Soçi merinin keçmiş müavini Oleq Buryev və kurortun Xostinski rayonunun rəhbəri İvan Savinin mənzillərində axtarışlar aparılır.

QAZİLER.AZ

Diaspora