Rusiyanın daha bir hərbi kəşfiyyatçısı Donetsk vilayətində saxlanılıb. Xain ağır döyüşlərin davam etdiyi Pokrovski istiqamətində Müdafiə Qüvvələrinə qarşı casusluq edib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalına istinadən RBC-Ukrayna məlumat yayıb.
Rusiya kəşfiyyat xidməti ilə əlaqə saxlamaq üçün satqın əvvəlcə məşhur messencerdə anonim hesabdan istifadə edib, daha sonra Rusiyada qadağan olunmuş sosial şəbəkələr vasitəsilə öz rus kuratoru ilə ünsiyyətə keçib.
Agent kəşfiyyat fəaliyyətinin ilkin mərhələsində ifşa edilib. Axtarışlar zamanı mobil telefon və sim kartlar götürülüb.
Saxlanılan şəxsə dövlətə xəyanətdə ittiham olunur.
"Xainlik edən şəxs həbsdədir və onu əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir", - Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.
QAZİLER.AZ