58 vilayətdə sələmçilərə və fırıldaqçıların daxil olduğu maliyyə cinayəti təşkilatlarına qarşı həyata keçirilən “Kuyu-28” əməliyyatlarında 160 şübhəli tutulub.
Qaziler.az bildirir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında yazıb.
Yerlikaya O, “Quyu-28” əməliyyatlarının Adana, Adıyaman, Afyonkarahisar, Ağrı, Amasya, Antalya, Aydın, Balıkəsir, Biləcik, Bingöl, Bursa, Çanakkale, Çankırı, Çorum, Denizli, Diyarbakır, Ədirnə, Elazığ, Ərzincan, Ərzurum, Əskişəhər, Qaziantep, Giresun, Hatay, Isparta, Mersin, İstanbul, İzmir, Kayseri, Kırklareli, Kırşehir, Kocaeli, Konya, Kütahya, Malatya, Manisa, Kahramanmaraş, Mardin, Muğla, Nevşehir, Ordu, Samsun, Siirt, Sinop, Trabzon, Şanlıurfa, Uşak, Van, Zonguldak, Aksaray, Kırıkkale, Batman, Şırnak, İğdır, Yalova, Karabük, Kilis və Osmaniye daxil olmaqla ümumilikdə 58 vilayətdə təşkil edildiyini açıqlayıb.
Əməliyyatlar zamanı 160 şübhəli saxlanılıb.
Yerlikayanın paylaşımında bu ifadələrə yer verib:
"Əziz millətimizin bilməsini istəyirəm ki, mütəşəkkil cinayətkar təşkilatlar və dəstələr kimi sələmçilərə dözməyəcəyik. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Allah ayağınıza daş dəydirməsin. Millətimizin duaları sizinlədir".
QAZİLER.AZ