Rusiyanın Primorsk şəhərində it sığınacağı ərazisinə daxil olan ayı 30 heyvanı parçalayıb.
Qaziler.az bildirir ki, Bb barədə region üzrə Fövqəladə Hallar Nazirliyi sentyabrın 24-də Telegram kanalında məlumat yayıb.
“İlkin məlumata görə, hadisə nəticəsində 30 heyvan xəsarət alıb. Hadisə yerinə patrul dəstəsi, yerli polis əməkdaşları və ov müfəttişləri cəlb olunub”, - deyə məlumatda bildirilir.
Hazırda ayının tutulması istiqamətində tədbirlərin davam etdirildiyi dəqiqləşdirilir. Polis Luçeqorskda daimi patrul xidməti aparır.
QAZİLER.AZ